Modern.az

Hacı Zeynalabdinin uzaqgörənliyi və indiki milyonçular...

Hacı Zeynalabdinin uzaqgörənliyi və indiki milyonçular...

5 May 2016, 11:07

Cəlaləddin Qasımov


… Zaman dəyişdi. Xalqımıza düşmən kəsilənlərə “qəhraman”, qəhrəman oğullarımıza isə “xalq düşməni” deyilən bir dövr başladı.

Hacı Zeyalabdin Tağıyev deyirdi: “Mən neft quyularımın bir neçəsini satdim, əvəzində toxuculuq fabriki açdım. Amma məndən sorusurdular ki, axı neft quyularından çıxan qazanc fabrikin verdiyi mənfəətdən daha çox idi, nədən belə etdim. Mən isə onlara cavabımda bildirirdim ki, fabrikdə 5 min nəfər çalışır, amma neft quyusunda 5 yuz nəfər işləyirdi”.

H.Z.Tağıyev 1915-ci ildə Tovuz rayonuna gəlir. O vaxt rayonun Əlibəyli kəndində ermənilər 6 ev yandırmışdılar. Hacı Kərim oğlu Paşadan xahiş edirlər ki, Tovuz dəmiryol stansiyasına fayton göndərilsin, Bakıdan hörmətli qonaq gələcək. Amma o bilmirdi ki, Bakıdan gələn kimdir. Fayton göndərilir. Hacı Zeynalabdin qatardan düşüb faytona minir və onu Əlibəyli kəndinə sürdürür. Ermənilər tərəfindən yandırılmış evlərə bir-bir baxır. Öysüzlü bəyləri Nəsib və Yusifə deyir ki, sizə iki vaqon un göndərəcəm, satıb yandrılmış evləri tikdirərsiniz, qalığını isə burada yaşayanlara yardım edərsiz.

Hacı Bakıya qayıtdıqdan sonra dediyi kimi də edir, belə ki, Tovuza iki vaqon un göndərir. Beləliklə, yandırılmış evlər yenidən tikilir. Unun qalan hissəsi isə zərər çəkənlərə yardım kimi paylanır.


Sonralar Hacı Kərim oğlu Paşa qardaşı oğlu Qəzənfər Qasımova (mənim atam) Hacı Zeynalabdin haqqında danışırdı. O deyirdi ki, “əksər insanlar hacını bir xeyriyyəçi kimi tanıyırdı. Amma onun elə xeyriyyə işləri də vardı ki, çoxunu bilmirik”. Tağıyev təkcə maddi cəhətdən deyil, eyni zamanda mənəvi cəhətdən də çox zəngin birisi idi. Z.Tağıyev yazıb-oxumağı bilməsə də, başqa fərdi qabiliyyətə malik idi. Məsələn, Əlibəylidə zərər çəkənlərə göndərdiyi iki vaqon unun hər kiloqramının hara sərf olunmasından xəbərdar idi. Satılan unun pulunun xərclənmə təyinatını bilirdi.

Zeynalabdin Tağıyev barəsində bəzi məlumatları o dövrdə yaşayan insanlardan, bəzilərini isə atamdan almışam. Həmin insanlardan biri bir xatirə danışırdı:
“1921-ci ilin mart ayı idi. Növruz bayramı ərəfəsində hacı ilə dəniz kənarında gəzirdik. Bizə bir kisi yaxınlaşdı. Hacı ilə görüşdülər. Salamlaşan vaxt o, hacının əlindən bərk-bərk yapışdı və onu tanıyıb-tanımadığını soruşdu. Hacı təmkinli davranaraq onu tanımadığını bildirdi. Həmin şəxs hacının əlini buraxdı və söylədi ki, o, Toxuculuq fabrikində fəhlə işləyib. Tağıyev əhvalını pozmadan dedi:
- Mənim fabrikamda minlərlə işçi çalışıb, mən onların hamısını tanıya bilmərəm ki…
Kişi: - O dovrdə həmin fabrikada fəhlə inqilabı təşklatçılarından biri idim, - deyə bildirdi.
Tağıyev: - Hə, indi tanıdım, - dedi. Onda fabrikada beş min işci vardı, onların əksəriyyəti qadınlar idi. Hansı ki, o qadınların hamısı səndən və səni kimilərdən qeyrətli idi.
Fəhlə kisi isə dedi ki, onu inqilabçı olduğu üçünmü təhqir edir? Hacı sözünə davam edərək bildirdi ki, o, neft quyularımı satdı, əvəzində fabrik açdı. Niyə? Çünki 5 min işçinin hərəsi bir ailə saxlayırdı. Gör fabrik neçə nəfərin qazanc yeri oldu.

“Fabrikanın hər şeyi vardı: həyətində məktəb, uzaqdan gəlib işləyənlər və evi olmayanlar üçün qalmağa yataqxana. Fabrikanın özünün hətta teatrı belə, vardı. Orda işləyənlərdən biri də sən idin. Mən bilirdim ki, neftdən qazandığım pulun beşdə birini fabrikadan qazanmayacağam. Amma minlərlə fəhləni dolandıracağımı bilirdim. Sən indi de görüm, bolşevikləri gətirməklə nə qazandınız?”.
Keçmiş fəhlə, hacıya cavabında “nə qazanmadıq ki.. kəndlilərə pulsuz torpaq verildi, fəhlələrin balaları pulsuz təhsilə yiyələndilər. Bax mən indi Zeynalabdin Tağıyevə yaxınlaşıb, ona salam verə bilirəm – bu azadlığı qazandıq”, - dedi. Hacı yenə təmkinlə: - Mən sayını çoxdan itirmişəm açdığım məktəblərin, oxumağa göndərdikərimin. Kimin bir probemi olardısa, nəzarətə götürər, yoluna qoyardım, - söylədi. Onu da əlavə etdi ki, “sənin övladına verdiyin tərbiyəni, məsləhəti övladın öz balalarına verməyəcək”.
- Bəli, verməyəcək. Çünki oğlum mənim kimi savadsız olmayacaq, öz övladlarını da savadlı tərbiyə edəcəkdir, - deyə keçmiş fəhlə cavab verdi.
Hacı onu da dedi ki, onun övladı oxuyib savadlı olacaq, xalqının, millətinin dostunu, düşmənini tanıyacaq, övladına da tanıtdıracaq. Bax onda xalq ayağa qalxıb müstəqilliyini, azadlığını istəyəcək və beləcə, babalarının səhvini düzəldəcək. Amma biz o günü görməyəcəyik.

Kişi maddım-maddım hacıya baxaraq: - Mən heç nə başa dümədim, - dedi. Tağıyev onun indi harada çalışdığını soruşdu. Biləndə ki, o hələ də həmin fabirakdə fəhlə işləyir, aldığı məvacibin məbləğini öyrənmək istədi. Fəhlə bildirdi ki, hacının vaxtında nə qədər məvacib alırdısa, elə yenə bir o qədər alir. Hacı qəzəbini birtəhər gizlədərək əlavə dedi: - Bəs niyə inqilab edirdiniz, yenə həmin məvacib, yenə fəhlə… Kommunistləri, erməniləri Bakıya gətirmək üçünmü?
Fəhlə başını aşağı salmaqla kifayətləndi. Hacı təəssüflənərək, bir ah çəkdi və söylədi ki, Bakını zəbt edərkən bolşevik ordusu ciddi müqavimətlə üzləşməyib.
“1920-ci ilin aprelində Azərbaycan fəhlələrinin silahlı üsyanı olmasaydı, XI Ordunun Bakıya gəlişi bu qədər rahat baş verməzdi”.
Fəhlə çaşqın halda oradan aralanmağa can atdı. Hacı əliylə onun kürəyinə vuraraq: - Başa düşdün? Başa düşdün harda səhv etmişik? – dedi, - get, get, - deyə əlavə etdi”.

Hacı Zeynalabdin təhsilsiz idi, amma onun geniş dünyagörüşü, zehni, güclü yaddaşı vardı. Həyatda qarşılaşdığı çətinliklər onu uzaqgörən, olanları mükəmməl təhlil edərək, düzgün qərar verməyi bacaran müdrik bir ziyalı kimi yetişdirmişdi. Dövündə iqtisadiyyatı onun kimi bilən az adam tapılardı. O öz imzasını “Z.T” və bir neçə xətlə qoyurdu. Hacı hər gün səhərlər ərəb, fars, rus, fransız dillərində çıxan qəzetləri oxutdurardı. Şərq dillərində çıxan qəzetləri Mirzə Sadıq oxuyardı. Avropa dillərində olanları isə müsyö Kadyseli tərcümə edirdi. Bununla da hacı dünyada baş verənlər barədə məlumatlanırdı.
O bildirirdi ki, kommunistlərin başında duranların keçmişi, əsil-nəcabəti quldurlar olub.
“Dünyanın işinə bax, döləti kimlər idarə edir – quldur dəstəsi! Ziyalı zadəganları min bir bəhanə ilə güllələyir, fəhlə və kəndlisinə isə xoşbəxt həyat vəd edirlər…  Biz ömrümüzü yaşadıq. Bacardığımız qədər çalışıb nələrsə yaratdıq, həm ad qoyduq, həm də millətimiz və xalqımız adına bir töfhə verdik. Elə qurduğumuz zavodlar, fabrikalar, məktəblər, müxtəlif təyinatlı binalar, qurğular buna canlı misaldır. Haqsızlıq dövrü gəldi. Mən o fabikanı Leninlə şərikli açmamışdım ki, onun adını qoysunlar. Başqa müəssisələr də onun kimi. Məni məyus edən odur ki, biz övladlarımızın, gələcəyimiz bildiyimiz gənclərimzin yanında aciz qaldıq. Onların həyatı, gələcəyi məhv oldu. Zaman dəyişdi. Eə dövrə gəldik ki, xalqımızın Şaumyan kimi qaniçən düşmənlərini gənclərimizə qəhrəman kimi təqdim etdilər. Əsl ziyalı oğullarımız isə aradan götürüldü”.

Hacı Z. Tağıyev haqqında məlumatları indi o dövrün arxivlərindən əldə edirik. Onun xeyriyyəçilik işləri xalqın dilindən düşmür. Hələ 1905-ci illərdə məlum erməni-müsəlman davasında müsəlman əhalinin müdafiəsinin maliyyələməsində hacının rolu böyük olub. O “Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi –Difai” cəmiyyətinin üzvü olub

20-ci əsrin əvvəllərində Pakistan ərazisi Britaniya mustəmləkəsi olanda həmin ərazidə pandemiya yayılır. İnsanlar kutləvi tələf olurdu. Azərbaycan milyoneri Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır.
Dəyərverən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edir. Beləliklə Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma dövlət kimi tanıyır.

Ona görə də bu gün də 200 milyonluq Pakistan xaqlı və dövləti Hacı Zeynalabdin Tagıyevin ruhuna dualar oxuyur.

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub.

Pakistan indiyə qədər Ermənistanı suveren dövlət kimi tanımır və Dağlıq Qarabağ probleminə münasibətdə Azərbaycanı dəstəkləyir. Hətta aprel ayının əvvəlində cəbhədə ağır döyüşlər gedən zaman mediada Pakistanın 100 minlik ordusunun döyüş vəziyyətinə gətirildiyi barədə məlumat da yayılmışdı.

O da məlumdur ki, hacıdan qat-qat varlı, imkanlı milyonerlər xalqa, xüsusən əhalinin kasıb təbəqəsinə onun qədər yaxin olmayıblar. Onun heç vaxt basqa zənginlər kimi milyonlarla nağd pulu olmayıb. Çünki əlinə düşən pulu yeni iş yerlərinin açılmasına sərf edib, məktəblər açıb, xalqın bir çox övladlarını Rusiyada, Fransada və basqa Avropa ölklərində oxumaqa göndərib. Biz hələ Soverlər dönəmində Bakının bir çox yaraşıqlı, gözəl memarlıq uslubunda tikilmiş binalarını yaxsı tanıyırdıq. Amma bilmirdik ki, o binaların bir çoxunu məhz Z. Tağıyev tikdirib.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də axşam səkkizin yarısında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdi. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər. Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə demək olar ki, bütün sərvəti əlindən alınan Hacı Zeynalabdin vəsiyyət edib ki, öləndə onu Hacı Turabın yaninda dəfn etsinlər. Hacı Zeynalabdin Tağıyev (1838-1924) xalqımızın qan yaddaşında xeyriyyəçilik mücəssəməsi kimi özünə əbədi unudulmaz heykəl ucaltmış “millət atası” idi.

28 aprel 1920-ci ildə Azərbaycanı işğal edildi. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O, özünün artıq əlindən alınmış keçmiş mülklərindən ancaq birini – Mərdakandakı bağ evini seçir. Onun ölümündən sonra həmin mülk də Tağıyevin ailəsinin əlindən alınır. Ailənin qalan üzvləri, necə deyərlər, pərən-pərən düşür. Hərəsi bir tərəfə dağılan bu ailə üzvləri sonralar bir daha bir yerə yığışmaq imkanı əldə edə bilmir. Vəziyyət o yerə çatır ki, ailədən bəziləri həbs edilir, bəziləri isə səfalət içində yaşamağa məhkum olur. Ailənin bir hissəsi Türkmənistana sürgün edilir. Hacınn qızı Sonanın sinirləri pozulur. Onun küçələrdə keçən dilənçi taleyi heç kimi maraqlandırmır. Hacının nəvəsi Ağasadığın oğlu Zeynalabdin Tağıyev 1930-cu ildə 36 yaşında olarkən Moskvada həbs olunaraq, 10 il müddətinə azadlıqdan məhrub edilir. Hacının qızı Sara xanımın yoldası Zeynal bəy Ağabəyova isə 8 il həbs cəzası kəsilir.

Hacının bağ evi Tağıyevlər ailəsinin əlindən alındıqdan sonra bolşeviklər oranı mərkəz kimi istifadə edir. 2-ci Dünya Müharibəsi illərində bu ev hospital kimi istifadə olunur. Sonra bina 2 saylı Ağ Ciyər Xəstəlikləri Dispanserinə cevrilir. Əsrin sonlarında isə orada Qarabağ müharibəsi zamanı Laçın rayonundan olan məcburi köçkünlər yerləşdirilir.

İndi Azərbaycan müstəqil bir ölkədir. Yenə varlı, imkanlı şəxslər, necə deyərlər, milyonçular var və olacaq. Amma Hacı Zeynalabdin kimi, Hacı Ağa Dadaşov kimi, Murtuza Muxtarov kimi, Ağamusa Nağıyev kimi səxavətli və xeyirxah adamlar kimi tarixə düşə bilməyəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!