Ermənistan hökuməti Dağlıq Qarabağın tanınması ilə bağlı layihəni parlamentə göndərib. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumət Qarabağın tanınması məsələsinə müsbət rəy verib.
Ermənistan Xarici İşlər Nazirliyi Nazirlər Kabinetinin iclasında müxalifətçi deputatlar – Zarui Postancyan və Qrant Baqratyanın “Artsax Respublikasının tanınması barədə” təklifinə müsbət yanaşıb. Mayın 10-da parlamentdə məsələ ilə bağlı səsvermə olacaq.
Vüqar İsmayılov