Modern.az

Bank analitiklərindən PROQNOZ: “Dollar Avronu da "vuracaq”

Bank analitiklərindən PROQNOZ: “Dollar Avronu da "vuracaq”

Dünya

5 May 2016, 14:59


ABŞ-ın “Wall Street Journal” dərgisi dünya analitikləri ilə geniş sorğu keçrib.

Modern.az xəbər verir ki, jurnala açıqlama verən aparıcı bank analitikləri yaxın aylarda avronun dollara qarşı maksimum səviyyəyə çıxacağını və bunun ardından 12 ay ərzində bərabərləşəcəyini proqnozlaşdırıb.

Analitiklərin fikrincə, buna səbəb Avropa Mərkəzi Bankının müdaxilələri və avrozona səhmlərinin xarici investorlara aktiv satışı ilə bağlıdır.

Ötən həftə 1 avro 1,16 dollar səviyyəsinə qədər bahalaşmışdı ki, bu da ötən ilin avqustundan bəri ən yüksək göstərici idi.

Son 1 ildə avro dollara qarşı 5,7% möhkəmlənib.

Ekspertlər Avropa Birliyinin istehsal etdiyi məhsulların rəqabətə davamlılığını azaltdığı üçün yaxın vaxtlarda Avropa valyutasının ucuzlaşacağını gözlədiklərini deyib.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər