Modern.az

Ata və oğul Buş Donald Trampı dəstəkləməyəcək

 Ata və oğul Buş Donald Trampı dəstəkləməyəcək

Dünya

5 May 2016, 23:21

 

ABŞ-ın keçmiş prezidentləri ata Corc Buş və onun oğlu Corc Buş növbəti prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olacaq Donald Trampı dəstəkləməyəcəklər. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu haqda mayın 5-də yayılan məlumatda qeyd edilir.

Məlumatda bildirilir  ki, ata Buşun artıq 91 yaşı var və siyasətdən uzaqlaşıb.

“O, prezidentliyə namizəd olmaq istəyən oğlu Ceb Buşa bir qədər kömək etdi, bu yalnız istisna idi”, - 41-ci prezidentin mətbuat katibi Cim Makqrat yazıb.

Ata Buşun oğlu Ceb prezidentlik uğrunda yarışdan 2016-cı ilin fevral ayında çıxıb.

Oxşar mövqeni 43-cü prezident oğul Corc Buşun köməkçisi Freddi Ford da yayıb: “O, prezdentlik uğrunda gedən kampaniyada iştirak etməyi, yaxud hər hansı şərh verməyi planlaşdırmır”.

Ata Corc Buş 1989-cu ildən 1993-cu, oğul Buş isə 2001-2009-cu illərdə ABŞ-ın prezidenti olublar. Donald Tramp mayın 5-də Respublikaçılar Partiyasından prezidentliyə tək namizəd qalıb.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər