Tacikistan məhkəməsində prezident İmomali Rahmona sui-qəsd hazırlamaqda şübhəli bilinən İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının iki tərəfdarına hökm elan edilib.
Modern.az xarici mediaya istinadən bildirir ki, Duşanbintsev Dilafruz Xolov və İzatula Fuzaylov 8,5 və 10 il azadlıqdan məhrum olunublar.
Prokurorun sözlərinə görə, İŞİD yaraqlıları ilə əməkdaşlıqda ittiham olunanlar 2015-ci ilin sentyabr ayında prezident İmomali Rahmonı öldürməyi planlaşdırıblar. O zaman dövlət başçısı Vahdat şəhərinə səfərə getməli idi.
İŞİD tərəfdarları eyni zamanda Vahdat və Xudjande şəhərlərində bir neçə obyekti partlatmaq niyyətində də olublar.
Modern.az