Modern.az

Təyyarə hava burulğanına düşdü: 7 nəfər xəsarət aldı

 Təyyarə hava burulğanına düşdü:  7 nəfər xəsarət aldı

Dünya

6 May 2016, 21:30

 

Dominikanın paytaxtı Punta Kanadan ABŞ-ın Pitstsburq şəhərinə uçan təyyarə hava burulğanına düşməsi səbəbindən Florida ştatındakı Fort-Loderdeyle hava limanına məcburi eniş edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, nəticədə 3 sərnişin və 4 stüardessa xəstəxanaya yerləşdirilib.

Allegiant Air hava şirkətinə məxsus təyyarədə 137 sərnişin və 6 ekipaj üzvü olub.

“Biz uçurduq, hər şey normal idi, mən yatmışdım. Birdən kiçik, sonra böyük  silkələnmə hiss etdim və anamın necə kreslosundan uçduğunu gördüm”, - sərnişinlərdən biri deyib.

O, qeyd edib ki, anası həmin vaxt təhlükəsizlik kəmərini bağlamadığından başındann və budundan xəsarət alıb.

Digər sərnişinin sözlərinə görə, onun ayağına özkəsinin qanı tökülüb, stüardessalar yaralanıblar, ona görə sərnişinlərə kömək edə bilmirdilər. təyyarənin göyərtəsində iki tibb bacısı olub, onlar xəsarət alanlara yardım etməyə çalışıblar.  

Mayın 4-də Etihad Airways hava şirkətinə məxsus təyyarə Abu-Dabidən İndoneziyanın paytaxtı Cakartaya uçanda Sukarno-Xatta hava limanın enişə 45 dəqiqə qalanda güclü hava burulğanına düşüb. Nəticədə 31 nəfər xəsarət alıb.    

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər