Modern.az

Daha bir nazirliyin mətbuat katibinin vəzifəsi böyüdüldü

Daha bir nazirliyin mətbuat katibinin vəzifəsi böyüdüldü

Ölkə

11 Yanvar 2011, 12:41

Modern.az saytı xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyində də kadrların yerdəyişməsi baş verib. Nazir Füzuli Ələkbərovun əmri ilə Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli tutduğu vəzifədən azad edilərək daha yüksək posta təyin edilib.

Saytımıza verilən məlumata görə, Elnur Kələntərli Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Xəbəri Elnur Kələntərlinin özü də Modern.az saytına açıqlamasında təsdiq edib. O, bildirib ki, artıq yeni vəzifəsində işə başlayıb. E.Kələntərli onu da əlavə edib ki, hazırda nazirliyin mətbuat xidmətinə rəhbər təyin edilməyib. Bu posta kimin gətiriləcəyi tezliklə məlum olacaq.

Xatırladaq ki, Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fariz Səmədov da yeni vəzifəyə təyin edilib. O, Bakı Şəhər Vergilər Departamentinə rəis müavini vəzifəsinə gətirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal