Dünya bazarlarında neftin qiyməti Baker Hughes şirkətinin ABŞ-da qazma qurğularının azalmasına dair məlumatı fonunda bahalaşıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, İCE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,31% artaraq 45,60 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 1,15% bahalaşaraq 44,83 dollar təşkil edib.
Modern.az