Modern.az

Bakı şəhər DYP-nin keçmiş şöbə rəisinə yeni vəzifə verildi

Bakı şəhər DYP-nin keçmiş şöbə rəisinə yeni vəzifə verildi

11 Yanvar 2011, 14:50

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi, polis kapitanı Cəmşid Hənifəyev yeni vəzifəyə təyin edilib. Məlumatı Modern.az saytına
Cəmşid Hənifəyevin özü də təsdiqləyib.
C.Hənifəyev saytımıza açıqlamasında bildirib ki, o, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində yeni yaradılmış Müşayiət-eskot bölüyünün komandiri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, C.Hənifəyev 2010-cu ilin dekabr ayında Bakı şəhər DYP-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsininə isə hazırda polis polkovnik-leytenantı Vaqif Əsədov rəhbərlik edir.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI