Modern.az

Ukraynada Rusiyanın maliyyələşdirdiyi terror qruplaşması tutuldu

  Ukraynada Rusiyanın maliyyələşdirdiyi terror qruplaşması tutuldu

9 May 2016, 22:54

 

Ukraynanın Xerson vilayətində Qələbə Gününün 71-ci ildönümü şənblikləri zamanı regionda sabitlyi pozmaq niyyətində olan terror qruplaşması saxlanılıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda özünün Facebook səhifəsində bu ölkənin Təhlükəsizlik Xidmətinin spikeri Yelena Qitlyanskaya məlumat yayıb.  

Məlumatda qeyd edilir ki, saxlanılanlar aprelin 14-də Qeniçeski rayonun Novoaleksevvka yaşayış məntəqəsindəki partlayışa görə məsuliyyət daşıyırlar. Qitlyanskaya onların maliyyələşməsi və yönləndirilməsi ilə Rusiya xüsusi xidmətinin məşğul olduğunu iddia edib.  

Terrorçuların avtomobilində axtarış zamanı partlayıcı maddələr aşkarlanıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər