Modern.az

Ənvər Paşanın nəvəsindən Azərbaycanın dövlət qurumuna müraciət

Ənvər Paşanın nəvəsindən Azərbaycanın dövlət qurumuna müraciət

10 May 2016, 11:08

“Nuru paşa haqqında çəkiləcək film üçün məndə kifayət arxiv materialları var. Türkiyə və Azərbaycan Mədəniyyət nazirliklərinə filmin çəkilməsində yaxından kömək etməyə tam hazıram. Mən hələ də nazirliklərin müraciətini gözləyirəm”.

Bu sözləri Modern.az saytına açıqlamasında Ənvər paşanın Türkiyədə yaşayan nəvəsi Osman Mayatepek deyib.

Nuru Paşanın canlı varisi söyləyib ki, hələ də filmin çəkilməsi ilə bağlı onun fikirlərini alan olmayıb, ona arxiv materialları, sənədlərlə bağlı müraciət edən yoxdur:

“Həmin tarixi dövrü canlı əks etdirəcək tarixi sənədlər, şəkillər materiallar məndə var. Mən istəyirəm ki, Nuru Paşa haqqında çəkiləcək tarixi filmdə bu materiallardan istifadə olunsun. Amma hələ də bu günə qədər buna görə mənlə əlaqə saxlayan olmayıb

Azərbaycan və Türkiyənin Mədəniyyət nazirliklərinə, müvafiq qurumlarına müraciət edərək demək istəyirəm ki, məndə olan tarixi arxiv materiallarından istifadə etsinlər”-deyə Osman Mayatepek bildirib.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı Səfirliyindən saytımıza verilən açıqlamada  Azərbaycan və Türkiyənin ortaq tarixi mövzusu olan Nuru paşa haqqında film çəkilməsinin iki ölkə prezidentlərinin görüşündə razılaşdırılığı bildirilib.

Artıq hər iki ölkənin Mədəniyyət nazirliklərinə filmin çəkilməsi ilə bağlı tapşırıq verilib.  Çəkiləcək filmin mövzusu Nuru Paşanın 1918-1920-ci illərdəki tarixi fəaliyyətilə bağlı olacaq. 

Ənvər paşa Türkiyənin hərbi naziri olub. Məhz onun dönəmində yaradılmış Qafqaz İslam Ordusu 1918-ci ildə Bakını bolşevik və daşnaklardan azad edib. Qafqaz İslam Ordusunun komandanı Ənvər paşanın qardaşı Nuru paşa olub.

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI