Modern.az

Saakaşvilinin xanım müavini vəzifədən getdi

Saakaşvilinin xanım müavini vəzifədən getdi

Dünya

10 May 2016, 16:07


Odessa vilayət dumasının deputatı və vilayətin qubernatoru Mixail Saakaşvilinin müavini Mariya Qaydar postundan getdiyini bildirib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, bu postda 5 aya yaxın çalışırdı.

“Mən müavin postundan gedirəm, bütün işləri digər müavin Solomiya Bobrovskaya görəcək. Mən burada təmiz işləmişəm və bütün maaşımı vaxtında almışam”.

 

Vüqar İsmayılov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi