ABŞ-ın prezidenti Barak Obama bu ayın axırı Yaponiyaya səfəri ərəfəsində Xirosimaya səfər edəcək.
Modern.az Qərb mətbuatına istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bu mənada Obama 1945-ci ildən sonra Xirosimaya gedən ilk ABŞ prezidenti olacaq. Barak Obamanın Asiya ölkələrinə səfəri çərçivəsində baş tutacaq.
Qeyd edək ki, 1945-ci ilin 6 və 9 avqust tarixlərində Yaponiyanın qərb hissəsi Xirosima və Naqasakiyə ABŞ tərəfindən atom bombasının atılması nəticəsində 140 min insan həlak olub.
Obama hökumətinin mətbuat xidmətindən bildirilib ki, prezidentin Xirosimaya tarixi səfəri Yaponiyanın baş naziri ilə birlikdə olacaq.
Aytən ZƏHRA