Avropa Şurasında Qarabağla bağlı məhdud çərcivədə altkomitənin formalaşması bizim məqsədimiz deyil. Əsas məqsədimiz bu məsələnin Avropa Şurasının gündəmində olmağıdır. Ona görə, biz bu müzakirələri davam etdirəcəyik”.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumda Türkiyənin təşəbbüsü ilə Qarabağ üzrə altkomitənin bərpa cəhdləri barədə erməni tərəfinin iddialarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Qarabağ məsələsi Azərbaycan nümayəndə heyətini maraqlandıran ən vacib məsələdir və bu məsələ AŞPA-nın gündəliyindən bir an da olsun geri çəkilməyib.
S.Seyidov bildirib ki, alt komitənin rəhbəri rəhmətə gedəndən sonra komitənin failiyyəti başqa istiqamətə gebib.
“Amma komitə heç vaxt öz işini dayandırmayıb. Bəzən ermənilər və ya başqa insanlar deyirlər ki, komitənin işini bərpa etmək lazımdır, yaxud başçı nə vaxt seçilir. Tam səmimi deyirəm ki, mənim aləmimdə komitənin fəaliyyəti hec baxt dayanmayıb.Çünki, Qarabağ məsələsini biz alt komitə səviyyəsində yox, təşkilat səvivvəsində iclasa çıxatmışıq”-deyə S.Seyidov vurğulayıb.
Xatırladaq ki, Ermənistanın AŞPA-dakı nümyəndə heyətinin üzvü Zoqrabyan bildirib ki, Türkiyə azərbaycanlı və erməni deputatların sessiyanın gedişi zamanı görüşünü təşkil etmək niyyətindədir və bu da Qarabağ üzrə altkomitənin yaradılmasına xidmət edir.