Dünya ölkələri stabilliyin əsası kimi daxili təhlükəsizlik qüvvələrinin, xüsusən polislərin sayının çox olmasına diqqət yetirir.
Bəzi ölkələrdə müəyyən siyasi səbəblərdən polislərin sayı dünya üzrə ortaq göstəricidən (hər 100 min sakinə düşən polis sayı) xeyli yüksək olur.
Modern.az saytı dünyada ən çox polisi olan ölkələrin siyahısını təqdim edir.
1. Rusiya - hər 100 min nəfərə 570 polis
2. Türkiyə - hər 100 min nəfərə 474 polis
3. İtaliya – hər 100 min nəfərə 467 polis
4. Portuqaliya – hər 100 min nəfərə 463 polis
5. Honq Konq – hər 100 min nəfərə 450 polis
6. Qazaxıstan – hər 100 min nəfərə 444 polis
7. Əlcəzair – hər 100 min nəfərə 425 polis
8. Bolqarıstan – hər 100 min nəfərə 398 polis
9. Slovakiya – hər 100 min nəfərə 394 polis
10. Çexiya Respublikası – hər 100 min nəfərə 393 polis.
Dünyada ümumi say etibarilə ən çox polis Çində (1,6 milyon nəfər), Hindistanda (1,501 milyon nəfər), ABŞ-da (794,3 min nəfər) və Rusiyada (835 min nəfər) xidmət edir.
Vüqar İsmayılov