“Lester” İngiltərə çempionatında qalib gəldikdən sonra klubun sahibi Viçay Srivadhanaprabha komandanın futbolçularının hərəsinə çempionluq titulunu kazinoda qeyd etmək üçün 10 min funt verib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Srivadhanaprabha özü isə bu günlərdə çempionluğu dostları ilə birlikdə Genting kazinosunda qeyd edərkən 2,5 milyon funt udub.
Kladuio Ranyerinin baş məççisi olduğu komanda Premyer-liqa tarixində ilk dəfə qalib gələrək İngiltərədə çepionluq titulunu qazanan 24-cü klub olub.
Modern.az