Bu gün Bakı şəhəri Nəsimi, Yasamal, Binəqədi və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İctimai Birliyinin (İB) mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, məhdudiyyət qaz təchizatının yaxşılaşdırılması məqsədilə daşıyır.
“Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 200 mm-lik siyirtmənin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 11-də saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Çiçək yaşayış massivində, Abşeron rayonunun Xırdalan şəhəri və Qobu, Güzdək, Hökməli qəsəbələrində, həmçinin Nəsimi və Yasamal rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq”.
Modern.az