Modern.az

Qara Namazov vəfat edib

Qara Namazov vəfat edib

11 May 2016, 10:18


Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin keçmiş dekanı Qara Namazov vəfat edib.

Modern.az xəbər verir ki,  tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, bu gün vəfat edib.

Qara Namazov 8 may 1930-cu ildə Qаrаqоyunlu еlinin İcеvаn rаyоnunun Əmirxeyir kəndində аnаdаn оlub. 1962-1967–ci illərdə AMEA Tarix institutunda kitabxana arxivinin müdiri, 1966-1970–ci illərdə Azərbaycan Dillər Universitetinin Biblioqrafiya kafedrasında baş müəllim, 1971-2002–ci illərdə Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor, 2002-2006–cı illərdə Filologiya fakültəsinin dekanı, 2002-2008-ci illərdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, 2001-ci ildən bu günə qədər isə «Dədə Qorqud» Elmi Tədqiqat Laboratoriyasının rəhbəri olub.

Allah rəhmət eləsin...

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!