Türkiyənin şimal-qərbindəki Kocaeli şəhərində 5 İŞİD üzvü saxlanıldıqları həbsxanadan qaçıblar.
Modern.az “Hürriyet”ə istinadən xəbər verir ki, həmin şəxslər terror təşkilatı ilə əlaqələrə görə və Suriya sərhədində silah qaçaqmalçılığı ilə məşğul olduqları üçün məhkum olunmuşdular.Qaçanlardan 3-nü həbs etmək mümkün olsa da, 2 nəfərin axtarışı davam edir.
Vüqar İsmayılov