Modern.az

Aslan İsmayılovun Facebook aktivliyinin SƏBƏBİ

Aslan İsmayılovun Facebook aktivliyinin SƏBƏBİ

11 May 2016, 14:33


Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnternet dövründə sosial şəbəkələrdən informasiya mənbəyi kimi də istifadə edilir. Yazılan statuslar bəyənilir, rəylər bildirilir, müzakirələr aparılır.

Tanınmış hüquqşünas Aslan İsmayılov Facebook sosial şəbəkəsinin aktiv istifadəçilərindəndir. Onun Facebook səhifəsində 200 mindən çox izləyicisi var. Aktual məsələləri gündəmə gətirən Aslan İsmayılovun yazdığı statusları 10 minə yaxın izləyicisi bəyənir və mövzu ilə bağlı müzakirələr açılır.

Bəs, hüquqşünas buna necə nail olur, internet istifadəçilərinin nəbzini necə tutur?

Saytımıza açıqlamasında o, qeyd edib ki, heç kimin nəbzini tutmağa çalışmır.

“Mən sadəcə olanları yazıram. Qarşıma heç bir məqsəd qoymamışam ki, izləyicilərimin sayı artsın. Çalışdım ki, hansısa mövqe güdməyim. Statuslarımda hər hansı qrup mövqesi, siyasi mövqe yoxdu. Gördüklərimi olduğu kimi qeydə alıram və fikrimi olduğu kimi izah edirəm”.

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI