İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması döyüş meydanında fərarilik edən 10 yaraqlını diri-diri basdırıb. Modern.az xarici mediaya istinadən bildirir ki, İŞİD-in İraq ordusu ilə Başir kəndində ağır döyüşlər apardığı mövqelərindən qaçan ümumilikdə 35 nəfər islamçı edam edilib.
Fərarilərin Mosul yaxınlığındakı Kayyara şəhəri ətrafında diri-diri torpağa basdırıldıqları bildirilir. Edam edilənlərin sayı cəmi 45 nəfər olub. Onlar İraq kürdləri müdafiə qüvvələri – peşmergə bölmələri ilə döyüşdən imtinada ittiham ediliblər.
Kütləvi fərarilik səbəbindən İŞİD qüvvələri Başiri tərk etməli olublar.
Modern.az