Modern.az

Turizmin davamlı inkişafında QHT-lərin rolu

Turizmin davamlı inkişafında QHT-lərin rolu

12 May 2016, 11:12

Müasir dövrdə turizm fəal istirahətin geniş yayılmış və ən kütləvi növü olmaqla bərabər dünya iqtisadiyyatının inkişafına təsir göstərən ən böyük sənaye sahələrində biridir.  Məlum olduğu kimi, turizm siyasəti, dövlət tərəfindən həyata keçirilən tədbirlər məcmusu olmaqla bu sahənin ölkədənin iqtisadi və sosial sferalarında rolunu, vəzifələrini idarə etməkdir. Qeyd edək ki, ölkəmizdə də son illərdə turizm sektorunun davamlı və dayanıqlı inkişafı məsələsinin aktuallığı daha da artmışdır. Neft gəlirlərinin tükəndiyi bir mərhələdə qeyri-neft sektorunun, xüsusilə də turizm sektorunun davamlı inkişafı mühüm əhəmiyyət kəsb edir. Fikirmizcə, bu proseslərdə cəmiyyətlə daha sıx işləyən və  vətəndaş cəmiyyətinin əsas sütünlarında olan qeyri-hökumət təşkilatlarının fəal iştirakı vacib elementlərdən biri olmalıdır. Bu məqsədlə xarici ölkələrin turizm sektorunun inkişafında QHT-lərin oynadıqları rol hərtərəfli tədqiq olunmalı və ən yaxşı təcrübənin ölkəmizdə tətbiqi təmin edilməlidir.

Qeyd edək ki, turizmin  davamlı inkişaf anlayışı XX əsrin 90-cı illərindən formalaşmağa başlamışdır. 1995-ci ildə Davamlı Turizmin İnkişafı Dünya Konfransında turizmin davamlı inkişafı prinsipləri müəyyən edilmişdir. Həmin sənəddə öhdəliklərdən biri QHT-lərin əsas baza şərtləri kimi bu məqsədlərin və turizmin  davamlı inkişafının planlaşdırlıması inteqrasıyası təmin ediliməsi göstərilir. Fikirmizcə, QHT sektorunun turizmin davamlı inkişafına təsiri hüdudları turizm sənayesinin müxtəlif sahələrinə dəstək, turizmin menecmentinin müasir qaydalara uyğunlaşdırılması, resursların müəyyənləşdirilməsi, qeyri-formal turizm təhsilinə yardım, turizm şüurunun formalaşması, icma əsaslı turizmin inkişafına təsirlə  və digər istiqamətlələrlə ölçülə bilər.

Beynəlxalq təcrübə

BMT-nin 1992-ci il Ətraf mühit və İnkişaf Konfransının qəbul etdiyi sənəddə davamlı inkişaf naminə QHT-lərin rolunun gücləndirilməsi  xüsusi qeyd edilir və davamlı inkişafın təmin edilməsində  QHT-lər də əsas tərəfdaş kimi diqqətə çatdırılır Turizimin sahəsində fəaliyyət göstərən QHT-lər   fəaliyyət istiqamətinə görə davamlı turizmin inkişafına  dəstək  verə bilərlər.

Beynəlxalq təcrübədə ayrı-ayrı ölkələrin turizm potensialının inkişafında QHT-lərin rolu danılmazdır. Nümunə üçün qeyd edək ki, Türkiyədə bələdiyyələr QHT-lərlə turizmin inkişafında sıx əməkdaşlıq edirlər. Yerli turizmin inkişafını təşviq edən QHT-lər bələdiyyələr tərəfindən mükafatlandırılır. Müxtəlif donorlardan maliyyə vəsaiti əldə edən Türkiyə QHT-ləri regionlarda millli,tarixi abidələrin və ənənələrin qorunması və təbliği ilə bağlı layihələr icra edərək arxoloji turizmin inkişafına dəstək göstərmiş olurlar.

Turizm sektorunun yüksək səviyyədə  inkişaf etdiyi  Yunanıstanda da  QHT-lər turizm istiqamətində ya birbaşa və ya dolayı yolla fəaliyyət göstərirlər. Turizm istiqaməti üzrə ixtisaslaşan QHT-lərlə yanaşı dolayı yolla turizmin davamlı inkişafına təsir göstərən QHT-lər əsasən ətraf mühit və ekologiya,mədəni tarixi abidələrin qorunması və s. istiqamətdə fəaliyyət göstərən QHT-lərdir.

Ümumiyyətlə, xarici ölkələrin turizmin davamlı inkişafında  QHT-lərin rolu məsələsi təcrübələrinin təhlili göstərir ki, ölkənin turizmin siyasətinin hazırlanmasında və icrasında vətəndaş cəmiyyətinin əsas təsisatlardan olan QHT-lər fəal iştirak edirlər.  Bu təcrübəyə əsasən turizm siyasətinin mexanizmlərinə uyğun olaraq özündə vətəndaş təşəbbüslərini cəmləşdirən QHT-lər aşağıdakı istiqamətlərdə çıxış edirlər:

·         Turizmin müxtəlif növləri üçün proqramların hazırlanması və həyata keçirilməsinə dəstək;

·         Ölkə haqqında turizm üçün əhəmiyyətli bir ölkə kimi təsəvvür formalaşdırılmasında;

·         Turizm şüurunun inkişafı;

·         Yerli icmalarda turizmlə bağlı maarifləndirmə işlərinin  təşviqində və təşkilində;

·         Turizm siyasətində ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsində;

·         Qeyri-formal təhsil vasitəsi ilə turizm sənayesi üçün kadr potensialının formalaşdırılmasında  və turizm sistemində fəaliyyət göstərən kadrların peşəkar səviyyələrinin  gücləndirilməsində;

·         Daxili və xarici investisiyaların cəlb olunmasında;

·         Turizmin sosial yönünün güləndirilməsində;

·         Turizmə kiçik sahibkarların cəlb olunması istiqamətində maarifləndirmə işlərinin təşkilində;

·         Ölkənin beynəlxalq turizm bazarına inteqrasiyası, beynəlxalq turizm münasibətlərinin gücləndirilməsi və genişləndirilməsində;

·         Turizmin davamlı və dayanıqlı inkişaf nəzəriyyəsinin hazırlanmasında;

·         Müasir texnologiyaların turizm sisteminə tətbiq edilməsində və s.

Fikirmizcə bu təcrübələrin öyrənilməsi və tətbiqi davamlı, dayanıqlı turizmin inkişafında  Azərbaycan QHT-ləri üçün mühüm faktor ola bilər.

Turizm sektoru və milli QHT-lər.

Qeyd edək ki, Azərbaycanda da turizm sektorunun inkişafı üçün son illərdə bir sıra uğurlu tədbirlər həyata keçirilmişdir. Ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır.  Bu sənədin imzalanması turizm sektorunda fəaliyyət göstərən QHT-lərin də fəaliyyətinə bir təkan vermiş oldu. Bir məqamı da qeyd edəki bu gün ölkədə fəaliyyət göstərən ümumi QHT-lərin  7% -i turizm və mədəniyyət  sahəsində fəaliyyət göstərir. Elə bu nöqteyi-nəzərdən çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci il - "Turizm ili" çərçivəsində turizm sahəsi ilə bağlı QHT layihələrini keçirilən müvafiq müsabiqə nəticəsində maliyyələşdirmişdir. Şuraya təqdim edilən və icra olunan QHT layihələri Azərbaycanın turizm potensialının öyrənilməsi və təbliği, Azərbaycanın turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkənin təbiət abidələrinin tanıdılması, Azərbaycanda yeni turizm marşrutlarının müəyyən edilməsi və tanıdılması, turizm təhsilinin gücləndirilməsinə yönəlmiş fəaliyyətlər, işğal edilmiş ərazilərin turizm potensialı və müharibə nəticəsində turizm sektoruna təsirin öyrənilməsi, ayrı-ayrı turizm növlərinin Azərbaycanda təbliğinə yönəlmiş fəaliyyətlər, Azərbaycanda turistlər üçün xalq yaradıcılığı işlərinin və suvenirlərin inkişafına yönəlmiş təşəbbüslər mövzularını əhatə etmişdir.

Ötən illərdə də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və  Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən və icra olunan müxtəlif QHT layihələrinin əsas məqsədi ölkəyə  gələn qonaqlara, turistlərə təbii istirahət şəraitini yaratmaq,  kənd  turizminə marağı artırmaq və regionlara turist axının güclənməsinə dəstək, aqroturizmin mahiyyəti, inkişaf tarixi, faydaları barədə maarifləndirmə tədbirləri, Azərbaycanda turizmin inkişafı üçün ehtiyatların öyrənilməsi, yeni turizmin marşurutlarının açılması,mehmanxanaların və turizm obyektlərinin tikintisinin genişləndirlməsi, turizm növlərinin inkişaf etdirliməsi təşəbbüslərinin dəstəklənməsi  və s. olmuşdur.

Beləliklə, turizm sektorunda QHT-lər tərəfindən müvəffəqiyyətlə həyata keçirilən layihələr, eyni zamanda dövlət tərəfindən yerinə yetirilən  proqramlar və islahatlar Azərbaycanın son illərdə qazandığı uğurların davamlılığını şərtləndirir və ölkənin dünyada dinamik iqtisadiyyata malik ölkə kimi qiymətləndirilməsinə imkan verir.

Bütün bunlarla bərabər ölkəmizdə turizmin davamlı inkişafında QHT-lərin rolu məsələsində bir sıra problemlər mövcuddur ki,   bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

·         Həm dövlətin, həm turizm sahəsində fəaliyyət göstərərən şirkətlərin, həm də QHT-lərin hələ də bir-birnə ehtiyatlı münasibəti,  əməkdaşlıqdan və tərəfdaşlıqdan çəkinməsi, təklif və təşəbbüslərə lazimi diqqət yetirilməməsi;

·         Beynəlxalq təcrübənin kifayət qədər öyrənilməməsi;

·         Əməkdaşlığın institusional mexanizmlərinin mükəmməl olmaması;

·         Biznesin və QHT-lərin turizm istiqamətində  dövlət siyasətinin hazırlanmasına və icrasına zəif cəlb edilməsi; 

·         Əməkdaşlıq ideyasının əhəmiyyəti və təbliği sahəsində maarifləndirmə işinin zəifliyi və s.

Göstərilən problemlərin aradan qaldırılması üçün aşağıdakıların həyata keçirilməsi məqsədə uyğundur:

·         Turizmin davamlı inkişafında QHT-lərin rolu istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi;

·         Turizm davamlı inkişafında  QHT-lərinin rolunun artırılmasını nəzərdə tutan proqramların hazırlanması və həyata keçirilməsi;

·         Dövlət orqanları tərəfindən hazırlanan və icra olunan dövlətin turizm siyasətinə QHT-lərin  aktiv cəlb edilməsi;

·         Turizmin davamlı inkişafının təmin edilməsində əməkdaşlığın əhəmiyyəti, qarşlıqlı əlaqələrin gücləndirilməsi üzrə ümumrespublika və regional forumların, konfransların, dəyirmi  masaların, seminarların və s. belə tədbirlərin müntəzəm keçirilməsi və s.

Düşünür ki, neft gəlirlərinin azaldığı bir şəraitdə  turizimin davamlı inkşafında QHT-lərin rolunun gücləndirilməsi  istiqamətində mövcud problemlərin həlli və beynəlxalq təcrübədə yuxarıda sadalanan müddüaların hərtərəfli araşdırılması və tətbiqi Azərbaycanın turizmi potensialının dünyada daha da tanıdılmasını şərtləndirən əsas amillərdən biri ola bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza