Braziliya senatı ölkə prezidenti Dilma Rusefi 6 ay müddətinə prezidentlikdən kənarlaşdırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, impiçmentin lehinə 55, əleyhinə isə 22 senator səs verib.
Qərarın icra olunması üçün lazım olan səs sayı isə qanunla 41 müəyyən olunmuşdu.
Dilam Rusefin istefası ilə bağlı qərar 20 saatlıq gərgin müzakirələrdən sonra qəbul olunub.
Ölkə başçısı funksiyalarını isə vitse-prezident Mişel Temer icra etməyə başlayıb. Yaxın 180 gün ərzində senat Rusefin istefası məsləsinə dair yekun səsvermə keçirəcək.
Əgər senatorların 54 və daha çox üzvü prezidentin istefasına səs versə, Rusef prezidentlikdən tam uzaqlaşdırılacaq.
Vüqar İsmayılov