Modern.az

Rusiyadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti açıqlama

Rusiyadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti açıqlama

12 May 2016, 20:04

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini artıq qəbul edilən beynəlxalq tanınmış sənədlər əsasında yalnız sülh və siyasi-diplomatik yolla görür. Beynəlxalq hüquqdan, beynəlxalq hüquq platformasından çıxış edərək münaqişənin müvafiq tənzimlənməsini siyasi-diplomatik metodlarla həyata keçirmək lazımdır. Ümid edirik ki, belə də ediləcək. Buna digər alternativ yol, məsələn, güc yolu yoxdur". Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu  Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bildirib.

Mariya Zaxarova münaqişənin siyasi-diplomatik yolla həll edilməsinin zəruriliyini vurğulayıb.

Mariya Zaxarova bu gün Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair də açıqlama verib: “Mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır. Prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənilir. Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi, əlavə məlumat veriləcək”.

M.Zaxarovanın sözlərinə görə, Moskva hesab edir ki, belə görüşlər danışıqlar prosesinin bərpa olunmasına kömək edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər