Modern.az

Ukraynanın yeni baş prokuroru bəlli oldu

Ukraynanın yeni baş prokuroru bəlli oldu

12 May 2016, 20:18

 

Ukraynanın Ali Radası Yuri Lutsenkonun baş prokuror təyinatına razılıq verib. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, onun namizədliyinin lehinə 264 deputat səs verib.

Səsvermədən əvvəl Lutsenko Ali Radanın tribunasından bəyan edib ki, baş prokuror vəzifəsində onu incidənlərin heç birindən qisas almaq niyyətində deyil. Beləliklə, parlamentdə Lutsenkonun tutduğu “Pyotr Poroşenkonun Bloku” fraksiyasının rəhbəri yeri boş qalır. Bu postu həmin fraksiyanın rəhbərinin müavini İqor Kononenko tuta bilər.

Səsvermədən dərhal sonra Lutsenkonun xahişi ilə deputatlıq səlahiyyətinə xitam verilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər