Modern.az

Ermənistan ordusunun polkovniki həbs edilib

Ermənistan ordusunun polkovniki həbs edilib

12 May 2016, 22:00

Ermənistan ordusunun avtonəqliyyat xidmətinin rəisi, polkovnik David Abraamyan həbs edilib.

Modern.az saytı virtualaz.orgsaytına istinadən xəbər verir ki, ölkənin İstintaq Komitəsinin rəsmisi Sona Truzyan Abraamyanın Komitənin Baş hərbi istintaq idarəsində araşdırılan cinayət işi çərçivəsində həbs olunduğunu açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan ordunun yüksək vəzifəli generallarını işdən qovmuşdu. Onlar Qarabağdakı məlum aprel müharibəsində məğlubiyyətə gətirib çıxarmış səhlənkarlığa və döyüşə lazımi hazırlıq görülməməsinə görə cəzalandırılıblar.

Yeri gəlmişkən, ekspertlər prosesin davamlı olacağını bildirirlər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər