Parisdə əmək qanunvericiliyində islahatların əleyhinə keçirilən nümayiş zamanı RT teleşəbəkəsinə daxil olan RUPTLY video agentliyinin prodüsseri başından yaralanıb. Modern.az xarici mediaya istinadən bildirir ki, insident jurnalistlərin nümayişçilərlə polis arasındakı qarşıdurmanı işıqlandırdığı zaman qeydə alınıb.
Jurnalistin başına kütlənin arasından atılan daş dəyib. Prodüsserə orada ilk tibbi yradım göstərildikdən sonra xəstəxanaya aparılıb.
RT-dən bildirilib ki, parisdə islahatlar əleyhinə keçirilən etirazlarda kanalın jurnalistləri bir neçə dəfə gözyaşardıcı qazın təsirinə məruz qalıblar. Mart ayının sonunda gözyaşardıcı qazdan RT en Françaisin müxbiri Conatan Moadab, mayın əvvəlində isə RT-nin müxbiri Qarri Fir zərər çəkiblər. Bu qazdan mayın 1-də VQTRK-nın müxbiri də zəhərlənib.
İslahatlarla bağlı Fransanın iri şəhərlərində bir neçə həftədir etiraz aksiyaları davam edir.
Modern.az