Modern.az

Türkiyədə 8 əsgər şəhid oldu, 8-i yaralandı

Türkiyədə 8 əsgər şəhid oldu, 8-i yaralandı

13 May 2016, 10:18

Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunun Çığılı bölgəsində terrorçu PKK qruplaşmasının silahlıları ilə atışmada 8 əsgər şəhid olub.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargahının yaydığı məlumata görə, terrorçularla atışma bu sabah Türkiyə vaxtı ilə saat 04:50-də baş verib. Hadisə zamanı 8 əsgər şəhid olub, 8-i isə ağır yaralanıb.

Yayılan məlumatda bildirilir ki, öncə 6 əsgər həyatını itirib. Daha sonra isə hadisə yerinə gələn vertolyotun qəzaya uğraması səbəbindən 2 pilot da şəhid olub.

Terrorçuların məhv edilməsi üçün xüsusi təyinatlılar tərəfindən F-16 təyyarəsi, döyüş vertolyotları olay yerinə da cəlb olunub. Son məlumata görə, bu dəqiqələrə qədər davam edən antiterror əməliyyatında 6 terrorçu məhv edilib.

Hazırda Hakkari bölgəsində terrorçulara qarşı xüsusi təyinatlıların əməliyyatları davam etməkdədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər