Modern.az

Bakıda və dünya şəhərlərində “supulu” - SİYAHI

Bakıda və dünya şəhərlərində “supulu” - SİYAHI

14 May 2016, 15:35

Tarif (qiymət) Şurasının Azərbaycanda içməli suyun satış qiymətini bahalaşdırması cəmiyyətdə birmənalı qarşılanmayıb. Mövzu ilə əlqədar sosial şəbəkələrdə açılan müzakirələr əsasın hökuməti tənqidi notlarla müşayiət olunmaqdadır.
Xatırladaq ki, Tarif Şurası “Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik müəyyən edib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik təsdiq olunub.  

Beləliklə indiyədəkiçməli su təminatı və kanalizasiya xidmətinə 1 kubmetrə görə 36 qəpik ödəyən bakılılar, bundan sonra 50 qəpik xərcləyəcəklər.

XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal təhlükələrdən biri də içməli su ehtiyatının azalmasıdır. BMT-nin rəsmi məlumatlarına görə, dünyada insanların 45%-i təmiz su içmək imkanından məhrumdur, hər 8 saniyədən bir isə Yer kürəsində 1 nəfər susuzluq səbəbindən dünyasını dəyişir. Pessimist ekspertlər 2030-cu ildə dünyada içməli su böhranının kəskinləşəcəyini güman edirlər. Onlarin fikrincə, şirin su ehtiyatlarının 97,5%-nin qütblərdəki buzlaqlarda olması gələcək təhlükədən xəbər verir. Lakin nikbinliyi ilə seçilən ekspertlər gələcəkdə insanların buzlaqlardan təmiz su əldə edərək, planetin ehtiyacını ödəyə biləcəklərini deyirlər.

İçməli suyun qıtlığı artıq dünyanın iri şəhərlərində hiss olunmağa başlayıb. Avropada 1 litr içməli su benzin kimi yanacaq məhsulundan bahadır. Modern.az saytı dünyanın bəzi  şəhərlərində 1 kub metr suyun istifadəsinə görə nə qədər məbləğin ödənildiyini araşdırıb.

1 kub metr içməli su üçün mövcud TARİF

Bakı (Azərbaycan) – 0,43 dollar

İstanbul (Türkiyə) – 2,05 dollar

Diyarbəkir (Türkiyə) – 0,90 dollar

Dehli (Hindistan) – 0,24 dollar

Yerevan (Ermənistan) – 0,36 dollar

Tbilisi (Gürcüstan) – 0,16 dollar

Bombey (Hindistan) – 0,22 dollar

Dubay (Birləşmiş Ərəb Əmirlikləri) – 2,25 dollar

Dəkkə (Banqladeş) – 0,21 dollar

Ciddə (Səudiyyə Ərəbistanı) – 0,03 dollar

Qahirə (Misir) – 0,10 dollar

Hanoy (Vyetnam) – 0,19 dollar

Laqos (Nigeriya) – 0,99 dollar

Şanxay (Çin) – 0,45 dollar

Tokio (Yaponiya) – 2,11 dollar

Quançjou (Çin) – 0,45 dollar

Manila ( Fillipin) – 0,32 dollar

Nayrobi (Keniya) – 0,48 dollar

Keyptaun (CAR) – 1,15 dollar

Banqkok ( Tailand) – 0,28 dollar

Moskva (Rusiya) – 1,5 dollar

Vladivostok (Rusiya) – 0,95 dollar

Berlin (Almaniya) – 6,43 dollar

London (Böyük Britaniya) – 3,80 dollar

Amsterdam (Hollandiya) – 5,29 dollar

Kopenhagen (Danimarka) – 7,38 dollar

Pert (Avstraliya) – 6,59 dollar

Nyu-York (ABŞ) – 3,27 dollar

Çikaqo (ABŞ) – 1,46 dollar

Los-Anceles (ABŞ) – 2,80 dollar

Mayami (ABŞ) – 1,15 dollar

Atlanta (ABŞ) – 6,30 dollar

Vankuver (Kanada) – 2,22 dollar)

Mexiko (Meksika) – 0,95 dollar

Boqota (Kolumbiya) – 2,09 dollar

Lima (Peru) – 0,79 dollar

La-Pas (Boliviya) – 0,32 dollar

Buenos-Ayres (Argentina) – 0,42 dollar

Rio-De-Janeyro (Braziliya) – 2,14 dollar

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər