Kiyev şəhərinin rəhbəri Vitali Kliçko bəyan edib ki, Ukrayna artıq “Eurovision-2017”nin keçirilməsinin hazırlıqlarına başlayıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, onun fikrincə, beynəlxalq mahnı müsabiqəsinin keçiriləcəyi yerlərdən biri “Olimpiya” idman kompleksi ola bilər.
“Kiyev ikinci dəfə “Eurovision” yarışmasını qəbul edəcək və biz vacib olan hər bir hazırlığı həyata keçirəcəyik ki, müsabiqə yüksək səviyyədə baş tutsun. Biz artıq hazırlığa başlayırıq”, - mer bəyan edib.
Kliçkonun sözlərinə görə, hakimiyyət artıq indidən infrastrukturun layiqli səviyyədə təmin edilməsi, iştirakçıların və müsabiqə qonaqlıarının yerləşdirilməsi, paytaxtda təhlükəsizliyin təmin edilməsi üçün ciddi səy göstərməlidir.
Mayın 14-də Stokholmun “Globe” arenasında keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin qalibi Ukrayna təmsilçisi Jamala olub.
Modern.az