İngiltərə çempionatının bu keçirilən sonuncu turunda “Mançester Yunayted”in öz meydanında “Bornmut” klubu ilə keçirəcəyi oyun baş tutmayıb. Modern.az xarici mediaya istinadən bildirir ki, oyunun təxirə salınmasına səbəb “Old Trafford” stdionunda şübhəli əşyanın tapılması olub.
Oyundan əvvəl bu haqda məlumat alan təhlükəsizlik qüvvələri azarkeşlərin dərhal stadionu tərk etməsini tələb ediblər. Bundan sonra şübhəli əşyanın axtarıçına başlanılıb. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlamalı idi.
Modern.az