Modern.az

Neft son 6 ayın rekordunu vurdu

Neft son 6 ayın rekordunu vurdu

16 May 2016, 16:56

Dünya birjalarında neftin 1 breli kəskin bahalaşaraq 49 dollara çatıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Goldman Sachs” şirkətinin neft hasilatının azalacağı ilə bağlı hesabatından sonra neft kəskin dəyər qazanıb.

Günorta saatları üçün neft 49,05 dollara satıb ki, bu da 2015-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.

“Goldman Sachs”ın fikrincə, dünya bazarında neftə olan tələbatın azalmaması “qara qızıl”ın 2016-cı ilin 2-ci yarısında 50 dollardan aşağı düşməyəcəyini göstərib.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər