Modern.az

Prezidentin pişiyi itib

Prezidentin pişiyi itib

16 May 2016, 20:49

Çeçenistanın rəhbəri vəzifəsini icra edən Ramzan Kadırovun ailəsində xoşagəlməz hadisə baş verib. Modern.az Rusiya KİV-nəistinadən bildirir ki, ailənin pişiyi izsiz-soraqsız yoxa çıxıb.

Ramzan Kadırov kömək üçün sosial şəbəkə istifadəçilərinə müraciət edib. “Bizim pişiyimiz yoxa çıxıb. Balaca pələngə çox oxşayır. Qonaqlar həmişə deyirdilər ki, o, çox, lap çox pələngə oxşayır. On gün əvvəl harasa yoxa çıxıb. Hamımız düşünürdük ki, bu gün-sabah qayıdacaq, çünki uşaqlara çox bağlı idi, onlarla oynamağı sevərdi, onları qapıya qədər müşayiət edərdi. İndi ciddi narahat olmağa başlamışıq. İnsan onun sahibini necə tapmaq lazım olduğunu bilməyə bilər. Əminəm ki, kiməsə özgəsinin pişiyi lazım deyil. Ona görə kiməsə ez çatdırmasını xahiş edirəm. Əvvəlcədən təşəkkürümü bildirirəm”, - Kadırov özünün sodsial şəbəkə səhifəsində yazıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər