Modern.az

“Eurovison”un qalibinə xalq artisti adı verildi

“Eurovison”un qalibinə xalq artisti adı verildi

16 May 2016, 22:49

Ukrayna prezidenti Pyotr Poroşenko “Eurovision” yarışmasının qalibi Susanna Camaladdinovaya (Jamala) “Ukraynanın xalq artisti” adı verib. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda dövlət başçısının nümayəmdəsi Svyatoslav Tseqolko Twitter səhifəsində məlumat yayıb.

Mayın 15-də mədəniyyət naziri Yevgeni Nişşuk “Eurovision-2016” müsabiqəsinin qalibi Jamalanın xalq artisti adı ilə mükafatlandırılacağı haqda xəbər verib.

Ukrayna təmsilçisi Jamala “1944” mahnısı ilə Stokholmda keçirilən yarışın qalibi olub. O 534 bal toplayıb. Jamalanın ifa etdiyi mahnı Stalin rejiminin 1944-cü ildə Krım tatarlarının deportasiyasına həsr olunub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər