Vyanada ABŞ dövlət katibi Con Kerri və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Modern.az saytı xəbər verir ki, bu barədə TASS agentliyi erməni nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Dağlıq Qarabağda baş verən son gərginlik və münaqişənin diplomatik yolla nizamlanması müzakirə edilib.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb.
Modern.az