Modern.az

Qəddafinin qızılları: Liviya hakimiyyəti milyonlarla dollar pul olan seyfi aça bilmir

Qəddafinin qızılları: Liviya hakimiyyəti milyonlarla dollar pul olan seyfi aça bilmir

17 May 2016, 20:59

Liviyanın Tobrukedə tanınan rəsmi hökuməti Əl-Bayda şəhərindəki banklardan birində Müəmmar Qəddafinin şəkli olan 184 milyon dollar dəyərindəki qızıl və gümüş pullar saxlanan seyfi aça bilmir. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, görünür ki, ev yaran oğruların yardımı olmadan saxlanc yerini açmaq mümkün olmayacaq. Çünki seyfin kodu yalnız Tripolidə hakimiyyətlə rəqabət aparan qondarma hökumətə məlumdur.

Tripolidəki hökumət isə şifrələri verməkdən imtina edir. Situasiyanı çətinləşdirən həm də Əl-Bayda sakinləri hesab edir ki, bu pullar hüquqi cəhətdən onlara məxsusdur.

Müəmmar Qəddafi 2011-ci ildə vəhşicəsinə öldürülüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər