Bu gün Ermənistanda ən çox müzakirə olunan məsələ işğalçı ordunun polkovniki, Qarabağ müharibəsindəki aktiv iştirakına görə orden və medallara layiq görülmüş Vaan Badasyanla deputat, general-leytenant Manvel Qriqoryan arasında başlayan qalmaqal olub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vaan Badasyan müsahibələrindən birində Qarabağ müharibəsi veteranlarını öz sırasında birləşdirən “Yerkrapa” təşkilatının sədri Manvel Qriqoryanın aprel ayındakı gərginlikdən sonra işğal edilmiş torpaqlara səfəri zamanı yerli əsgərlərə fiziki təzyiq göstərdiyini deyib.
Onun sözlərin görə, hərbi hospitallardan birinə gedən zaman generalın avtomobili dar yolu keçmək istəyib. Lakin yolun kənarında çağırışçı əsgərlər hərəkət etdiyi üçün bir neçə dəqiqə ləngiyib. Bundan qəzəblənən Manvel Qriqoryan yanındakı mühafizəçiləri ilə maşından düşərək çağırışçıları döyüb və təhqir edib.
Vaan Badasyan Manvel Qriqoryanın Qarabağ müharibəsində iştirak etmədiyini və yalınz quldurluqla məşğul olduğunu deyib. O həmçinin deputatın oxuyub-yaza bilmədiyini və tamamilə işlərlə məşğul olduğunu da əlavə edib.
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə Manvel Qriqoryanın müdafiəsinə qalxıb. O, generalı tənqid edənlərin Azərbaycanın dəyirmanına su tökdüyünü deyib.
Vüqar İsmayılov