Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında təmayül yoxlamaları dəyərləndirilib.
Modern.az xəbər verir ki, 80 faiz səslə Binali Yıldırımın adı Ədalət və İnkişaf Partiyasının sədrliyinə namizəd olub.
Baş Nazir Əhməd Davutoğlunun istefasını prezident Rəcəb Tayyib Ərdoğana verməsindən sonra Türkiyənin yeni baş naziri Binali Yıldırım olacaq.
Qeyd edək ki, AKP-nin mayın 22-də növbədənkənar qurultayı keçiriləcək. Qurultayda Binali Yıldırım AKP-nin sədri seçiləcək və baş nazir olacaq.
Aytən ZƏHRA