Modern.az

Azərbaycanda dollar kəskin ucuzlaşdı

Azərbaycanda dollar kəskin ucuzlaşdı

19 May 2016, 17:52

Mərkəzi Bank Azərbaycan manatının mayın 20-nə gözlənilən məzənnəsini açıqlayıb.

Modern.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 20.05.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,4987 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, mayın 19-da USD/AZN rəsmi məzənnəsi 1,5017 səviyyəsində olub.

Beləliklə, ötən ilin dekabr ayında baş verən devalvasiyadan sonra Azərbaycanda dolların rəsmi məzənnəsi ilk dəfə olaraq 1,50 manat səviyyəsindən aşağı enib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal