İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının yaraqlıları Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı zamanı silsilə terror törətməyə hazırlaşır. Modern.az xarici mediaya istinadən bildirir ki, bunu Fransa daxili kəşfiyyatının rəhbəri Patrik Kalvar bəyan edib.
“Biz bilirik ki, İŞİD yeni hücumlar hazırlayır, Fransa əsas hədəfləri arasındadır”, - o, deyib. Onun sözlərinə görə, yaraqlılar taktikanı dəyişmək niyyətindədir: onlar yenidən adamların çox yığışdıqları yerlərdə partlayışlar törətməyə hazırlaşırlar, məqsədləri cəmiyyətdə vahimə atmosferi yaratmaq niyyətindədirlər.
Avropa çempionatı iyun ayının 10-da başlayacaq və bir ay davam edəcək. Fransanın 10 stadionunda keçiriləcək oyunlara 2,5 milyon azarkeşin gələcəyi gözlənilir.
2015-ci il noyabrın 13-də Parisdə silsilə terror aktları törədilib. Nəticədə 130 nəfər həlak olub, 350-dən çox adam yaralanıb.
Modern.az