Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) çoxdandır müzakirə olunan qalmaqallı təklif - millət vəkili toxunulmazlığının ləğvi haqqında Konstitusiya dəyişikliyi qəbul edilib.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, dəyişikliklə bağlı sənəd iki maddədən ibarət olub. 1-ci maddə 373 səs, 2-ci maddə isə 374 səslə qəbul edilib. Yekun səsvermədə sənədin lehinə 376 deputat səs verib.
Konstitusiya dəyişikliyini prezident R.T.Ərdoğan imzalayandan sonra qüvvəyə minəcək.
Xatırladaq ki, ölkə Konstitusiyasına edilən dəyişiklikdən sonra terrorçularla əməkdaşlıq edən deputatların toxunulmazlığı aradan qalxacaq və onlara qarşı cinayət işi açılacaq. Belə deputatlar isə kürdlərə məxsus terrorçu PKK təşkilatı ilə əmədaşlıq edən Xalqların Demokratik Partiyasında (HDP) cəmləşiblər.
Modern.az