Modern.az

Dünyada ən rəqabətədavamlı iqtisadiyyatı olan ölkələr - SİYAHI

Dünyada ən rəqabətədavamlı iqtisadiyyatı olan ölkələr - SİYAHI

31 May 2016, 11:59

Dünyada iqtisadiyyatları ən rəqabətədavamlı ölkələrin adları açıqlanıb.

Modern.az saytı xəbər verir ki, Beynəlxalq Menecment İnkişafı İnstitutunun (IMD) açıqladığı və 61 ölkənin yer aldığı siyahıda ilk pilləni Honq Konq tutub.

Uzun illər ən rəqabətədavamlı iqtisadiyyata malik ölkə adını daşıyan ABŞ 2-ci, İsveçrə isə 3-cü pillədə yer alıb.

İlk “onluğa” Sinqapur (4-cü), İsveç (5-ci), Danimarka (6-cı), İrlandiya (7-ci), Hollandiya (8-ci), Norveç (9-cu) və Kanada (10-cu) daxildir.   

Siyahıda ölkəmiz yer almasa da, qonşu ölkələrdən Türkiyə (38-ci), Rusiya (44-cü), Qazaxıstan (47-ci) və Ukrayna (59-cu) rəqabətədavamlı ölkələr siyahısında yer alıb.

Beynəlxalq Menecment İnkişafı İnstitutunun (IMD) reytinqi 1989-cu ildən tərtib olunur. Bu zaman 340 kriteriya – iqtisadi inkişaf, hakimiyyətin effektliliyi, iş mühiti və infrastruktur əsas baza elementləri kimi götürülür.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal