Modern.az

Sergey Lavrov: “Məni kəmərlə döyməyiblər”

Sergey Lavrov: “Məni kəmərlə döyməyiblər”

Dünya

31 May 2016, 16:40

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Komsomolskaya Pravda” qəzetinə geniş müsahibə verib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir uşaqlıq illərindən danışarkən “məni heç vaxt kəmərlə döyməyiblər. Bəzən elə söz deyirdilər ki, ürəyimə yağ kimi yayılırdı, elə söz də var idi, qamçı kimi vururdu”.

Lavrov prezidentlik ambisiyalarının olmadığını da deyib.

“Mən indi öz yerimdəyəm. Prezidentlik ambisiyalarım yoxdur. Amma heç zaman da gələcəyə dair planlar qurmamışam. Hər şey zamanla öz yerini tapıb”.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər