Modern.az

Saakaşvili çadırda işləyəcək

Saakaşvili çadırda işləyəcək

Dünya

5 İyun 2016, 20:22

Odessanın qubernatoru Mixail Saakaşvili gələn həftə iş kabinetini Odessa-Reni yolunda aparılan təmir işləri raynunda çadıra köçürməyə söz verib.  Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda qubernator özünün Facebook səhifəsində məlumat yayıb.

 

“Gələn həftə öz kabinetimi Odessa-Reni yoluna köçürürəm. Bütün işgüzar görüşləri və qəbulları istisnasız olaraq bu çadırda keçirəcəyəm. Çadırı iş cəbhəsi 100 faiz maliyyə ilə təmin olunana qədər  tərk etməyəcəyəm. İnsanları ələ salmaq kifayətdir”, - Saakaşvili yazıb.

 

O, gələn həftənin ikinci günü maliyyələşmənin həcminin və tikintinin intensivliyi üçün Ukraynanın baş naziri Vladimir Qroysmanla görüşəcəyini də xəbər verib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər