Rusiyalı şair və tərcüməçi Aleksandr Qlezer 82 yaşında Parisdə ölüb. Modern.az xarici mediaya istinadən bildirir ki, Qlezer Sen-Jenevyev-de-Bua qəbiristanlığının rusiyalılar üçün nəzərdə tutulan hissəsində dəfn ediləcək.
Şair 1974-cü ildə Moskvada “Buldozer sərgisi”nin təşkilində iştirak edib və ərgi dağıdılandan sonra xaricə qovulub. Qrezer Fransaya gedərək Paris yaxınlığında sürgündə olan müasir rus incəsənət muzeyi yaradıb.
1976-cı ildə isə “Üçüncü dalğa” nəşriyyatı yaradıb.
Modern.az