Modern.az

Hansı tələbələrə kredit veriləcək? - ŞƏRTLƏR

Hansı tələbələrə kredit veriləcək? - ŞƏRTLƏR

Aktual

30 İyun 2017, 11:54

"Azərbaycan Dövlət İqtisad Universitetində təhsil kreditlərinin verilməsi üçün nəzərdə tutulan tələbə sayı müəyyənləşib. Onların sayı 70 nəfərdir. Ümumilikdə isə təsisatçı qismində iştirak edən 10 universitetdə 350-400 arası tələbə yeri Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun balansındadır”.

 

Modern.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan media-brifinqdə Fondun icraçı direktoru Rüfət Mahmud deyib.

 

Onun sözlərinə görə, hər il bu rəqəm yenilənəcək. O söyləyib ki, hər bir universitet öz elmi şurasında tələbələrin sayını təsdiq etmiş olur və ayrılan yerləri Fonda sərmayə olaraq qoyub.

 

İcraçı direktor Rüfət Mahmud Fndun maliyyə imkanlarından istifadə etmək üçün tələbələrə ümumi tələblər qoyulub:

 

"Kredit almaq istəyənlər Azərbaycanın vətəndaşı olmalı, təsisçi olan ali məktəblərdən birində təhsil almalı, təhsilinin davam etdirilməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisələr baş verməməlidir. Burada bəzi xüsusi şərtlər də var və onlar hər il yenilənə bilər".

 

Qurum rəsmisi deyib ki, kreditlər verilərkən valideynlərin illik gəlir xərclərinin 10 min manatdan artıq olmaması, tələbələrin yaşının 25-dən yuxarı olmaması, eləcə də bu il üçün yalnız bakalavr pilləsində təhsil alması əsas götürüləcək:

 

"Tələbənin ümumi orta müvəffəqiyyət balı 71 baldan yuxarı olmalıdır. Əgər tələbənin növbəti illərdə göstəriciləri aşağı olacaqsa, o zaman onlara kredit verilməyəcək".

 

Sistemin çevik, rahat olması üçün müraciətlərin yalnız onlayn şəkildə olacağını söyləyən Rüfət Mahmud bildirib ki, kreditin maksimum faiz dərəcəsi 8% olacaq:

"Tələbə universiteti bitirəndən sonra onlara 1 il də güzəşt veriləcək. Növbəti ildən isə 10 il müddətində krediti qaytarmalı olacaqlar.

Oğlanlarda əsgərlik müddəti olarsa, o zaman kreditin vaxtı 1 il də artırılacaq. Fondun maliyyə əməliyyatlarını həyata keçirən agent bank "Kapital Bank" seçilib. Gələcəkdə digər banklarla da əməliyyatı aparmaq mümkün olacaq. Tələbə üçün rahat şəkildə krediti qaytarma müddətində mexanizmlər işlək vəziyyətdə olacaq".

 

Bildirilib ki, bir tələbə 1 il üçün maksimum 4 000 manat məbləğində şərti qaydada kredit ala bilər:

 

"Tələbə o pulu götürmür, fonddan birbaşa ali məktəbə ödənilir. Tələbələr üçün standart və güzəştli paketlər olacaq. Belə ki, standrat paketlərdə 8%-lik kredit dərəcəsi nəzərdə tutulur. Güzəştli paketlərdə isə 6%-lik kredit dərəcəsi müəyyənləşdirilib. Güzəştli paketlərdən ailə başçısını itirmiş, sağlamlıq imkanı məhdud olanlar tələbələr yararlana biləcəklər.

 

Tələbələr kredit almaq üçün hər il mütləq müraciət etməlidirlər. I kurs tələbələri kredit üçün müraciət edə bilməzlər. Çünki onların il ərzində heç bir akademik göstəricisi qiymətləndirilməyib. Tələbələr II kursdan kredit üçün müraciət edə bilərlər. Əgər tələbə nəzərdə tutulmuş müddətdə krediti qaytarmasa, fond bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edə bilər".

O, vurğulayıb ki, tələbələr kreditlərin verilməsi üçün iyunun 15-dək müraciət edə bilərlər.

 

Lakin kreditlər hər bir tələbəyə verilmir. Təhsil Nazirliyindən bildiriblər ki, kreditlər üçün müraciət edən tələbələr müəyyən tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında //maarifci.az) qeyd olunub.

 

Bundan əlavə, portalda elektron müraciət pəncərəsi yaradılıb ki, bu da kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq səhifələrindən rahatlıqla tapmaq mümkündür.

 

“Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır”.

 

Bunu “”Maarifçi” Tələbə Kredit Fonunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri” mövzusunda tədbirdə çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.

 

Onun sözlərinə görə, yerdə qalan vəsait digər məsələlərin probleminə yönəlməlidir:

 

“Tələbə krediti yaratmaqda əsas məqsəd hər hansı bir şəkildə gəlir götürmək deyil, tələbələrin bu proqramdan yararlana bilməsidir. Qeyd edim ki, 103 tələbə artıq tələbə kreditindən istifadə edib”.

 

Mikayıl Cabbarov bildirib ki, əsas məqsəd Azərbaycanın ali təhsil sisteminin infrasturukturunu yaxşılaşdırmaqdır:

 

“2013-cu ilin biz sisteminin islahatı barədə müzakirə apararkən əsas məqsədimiz təhsil sistemində inkişafa nail olmaq olub. Dövlət təhsil müəssəsinə tələbə təhsil haqqını ödəyir. Alı təhsil müəssisəsinin yeganə mənbəyi təhsil haqqıdır. Son 5 ildə yeni məqsəd var. Onlar mövcud olan imkanları vasitəsilə müəyyən edilib”.

 

Təhsil naziri qeyd edib ki, dünyada ali təhsil səviyyəsində təhsil alanlar indiki qədər olmayıb:” Onun üçün biz əvvəlcə təhsil infrastrukturun yaratmalı, sosial qrupun ali təhsil müəssisələrinə çıxışını təmin etməliyik. Tələbə kreditlərinin mövcud olmaması ictimaiyyətin gündəmindədir. Qeyd edim ki, son illər ərzində ali təhsil müəssisələrimizin uğurlu layihələri var. Bu layihələrdə istedadlı tələbələrimiz iştirak edir”.

 

Daha bir yenilik - Azərbaycanda ödənişsiz əsaslarla təhsil alan tələbələrə təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər.

 

“Maarifçi” Tələbə Kredit Fondundan bildirilib ki, ödənişsiz əsaslarla təhsil alan tələbələrə təhsil haqqı kreditləri istisna olmaqla, digər təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər də şamil oluna bilər.

 

Fonddan qeyd edilib ki, “Maarifçi” Tələbə Kredit Fondunun imkanları məhdud olduğundan və eyni zamanda bakalavrlar təhsil haqqı kreditinə daha çox ehtiyac duyduqlarından növbəti elan sessiyası zamanı bakalavr pilləsində təhsil alan tələbələr üçün kreditlərin ayrılması nəzərdə tutulur.

 

Fond tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. kimi ehtiyac və təyinata görə kreditlər təqdim etməyi planlaşdırır:

 

“Amma hazırda təhsil haqqı kreditləri daha prioritet hesab olunur. Çünki tələbat əsasən bu istiqamət üzrədir. Təxmin edirik ki, bu təyinat üzrə tələbələrin ehtiyacları növbəti illərdə kifayət qədər ödəniləcək və Fond digər istiqamətlərdə də kreditlərin təqdim olunması planını həyata keçirməyə başlayacaq. Amma hələlik digər kredit növləri üzrə şərtlər məlum deyil”.

 

Xatırladaq ki, hazırda bakalavr səviyyəsi üzrə ödənişli əsaslarla təhsil alan tələbələrə təhsil haqqının ödənilməsi üçün kreditlər verilir. Tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunur. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq. Tələbələr kreditləri tələbə təhsilini başa vurduqdan – işlə təmin olunduqdan sonra ödəməyə başlayacaqlar.

 

Kredit almaq üçün Fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən, işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir. Güzəştli kredit ala biləcək tələbələr ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir.

 

Azərbaycanda “Maarifçi” Tələbə Kredit Fondu tərəfindən təhsilhaqqı kreditlərindən əlavə, tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar və araşdırma və s. kimi ehtiyac və təyinata görə də kreditlərin təqdim olunması planlaşdırılır. Fonddan qeyd edilib ki, bu kreditlərin şərtləri hələlik məlum deyil.

 

Hazırda təhsil kreditləri ödənişli əsaslarla təhsil alan tələbələrə təhsil haqqına olan borclarının ödənilməsi üçün verilir. “Maarifçi” Tələbə Kredit Fondunun yeni fəaliyyətə başladığını nəzərə alaraq, 2016-cı il ərzində yalnız bakalavr pilləsində təhsil alan tələbələrə “Təhsil haqqı kreditləri” təqdim olunacaq. Növbəti illərdə bu kreditlər digər təhsil pillələri üzrə təhsil alan tələbələrə də şamil oluna bilər. Eyni zamanda, növbəti illərdə digər kreditlər növləri üzrə də fəaliyyətə start veriləcək.

Qeyd edək ki, tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunur. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq. Tələbələr kreditləri tələbə təhsilini başa vurduqdan – işlə təmin olunduqdan sonra ödəməyə başlayacaqlar.

 

P.S Yazı AR Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi