Rusiyanın qalmaqallı siyasətçisi və yazıçı Eduard Limonov hesab edir ki, Qazaxıstanın bir hissəsi Rusiya torpağı olduğu üçün geri qaytarmalıdır. Modern.az xarici mediaya istinadən bildirir ki, o, bu iddia ilə öz bloqunda Qazaxıstanın Aktobe şəhərində son günlər baş verən hadisələrə şərh verərək çıxış edib.
“Qazaxıstan açıq-aşkar əsəbiləşdirir. Nazarbayevin ömrü sona çatır, nə baş verəcəyini Allah bilir. Orada həm də toroaqların xaricilərə icarəyə verilməsi haqda qanun var və bütün ölkəni ayağa qaldırıb”, - Limonov yazıb.
Onun fikrincə, Rusiya nəyin bahasına olur-olsun Qazaxıstanın bir hissəsini özünə qaytarmalıdır: “Rusiya əgər Qazaxstanın şimalındakı əzəli rus şəhərlərini – Uralskı və şərqə doğru Rusiya ilə sərhədəki əraziləri qaytarmağa cəh etməzsə, bu hakimiyyətin simasında axmaqlıq olacaq. Xatırladıram, Qazaxıstandakı rusların sayı hələ də 4 milyondan çoxdur, rusdillilər isə daha çoxdur, təkcə burada yaşayan almanların sayı 1 milyona yaxındır”, - o, vurğulayıb.
O, qeyd edib ki, Kreml nəhayət, Qazaxıstandakı rusları müdafiə etməlidir.
Modern.az