ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Liviyanın keçmiş diktatoru Müəmmar Qəddafi ilə sövdələşmə əsasında çoxlu pul qazandığını deyib.
“O, Birləşmiş Ştatlata gələndə heç yerdə qalmağa yeri olmadığından mənimlə razılaşmaq məcburiyyətində qalıb. O, bütün var-dövlətini sərf edib”, - Modern.az xarici mediaya istinadən bildirir ki, bu barədə milyarder vurğulayıb.
Söhbət 2009-cu il hadisələrindən gedir. Qəddafi o vaxt BMT Təhlükəsizlik Şurasının 64-cü sessiyasında çıxış etməli olub. Liviya liderinin o zamanlı köməkçilərinə Nyu-Yorkun Mərkəzi parkında və şəhərin digər yerlərində bədəvi çadırı qurmağa imkan verməyiblər.
Qəddafinin nümayəndələri Bedford şəhəri ətrafındakı torpaq sahibi olan Trampla razılaşmağa cəhd ediblər. Yerli hakimiyyətin etirazına baxmayaraq çadır qurulub. Liviya lideri isə bundan heç istifadə etməyib.
“Ümimiyyətlə, maraqlı alınıb”, - Tramp bildirib. O qeyd edib ki, həqiqi sifsarişçinin kim olduğunu bilməyib.
Qəddafini liviyalı üsyançılar 2011-ci ilin oktyabr ayında, bu ölkədə vətəndaş müharibəsi başlayandan 6 ay sonra öldürüblər.
Modern.az