“Boko Haram” terror qruplaşması Nigeriya-Niger sərhədində yerləşən Bosso şəhərini ələ keçirib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, iyunun 4-ə keçən gecə yüzlərlə silahlı Bosso şəhərinə hücum edib.
Döyüşlər nəticəsində 30 Niger və 2 Nigeriya hərbçisi həlak olub, terrorçuların şəhəri ələ keçirməsinin qarşısı alınıb. Lakin bu gün şiddətli döyüşlərdən sonra Bosso şəhəri “Boko Haram”-ın nəzarəti altına keçib. İtkilər barədə məlumat verilmir.
Modern.az