Suriya-Türkiyə sərhədində rus pilotunun öldürülməsinə görə məsuliyyət daşıyan Alparslan Çelik vətənində 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çelik evində qanunsuz olaraq odlu silah saxlamaqda ittiham olunur. Onun evindən 5 avtomat və 4 tapançanın müsadirə olunduğu bildirilir.
Araşdırmalar zamanı bundan əvvəl Çelikin “fırıldaqçılıq” və “saxta pulkəsmə” maddələri ilə ittiham olunduğu üzə çıxıb.
2015-ci il noyabrın 24-də Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus Su-24 bombardmançı təyyarəsi vurulmuşdu.
Vüqar İsmayılov